Play Store

“Jurnalistikamız dövlətə qarşı çıxanlarla mübarizə aparmalıdır” – Cahangir Məmmədli

“Xaricdə elə insanlar var ki, Azərbaycana qara yaxmaqla məşğuldurlar. Jurnalistlər bu cür insanlara qarşı mübarizə aparmalıdırlar”.

Metbuat.az xəbər verir ki, bunu Bakı Dövlət Universitetinin professoru Cahangir Məmmədli Azərbaycan jurnalistlərinin bu gün keçirilən VII qurultayında çıxışı zaman deyib: “Azərbaycan jurnalistinin vətəndaşlıq mövqeyi vacibdir. Xaricdə elə insanlar var ki, Azərbaycana qara yaxmaqla məşğuldurlar. Onlara üzümü tutub deyirəm. Kimlərinsə diktəsi ilə hərəkət etsələr də, sonda yenə Azərbaycana qayıdacaqlar. Mən hamını belə insanlara qarşı mübarizə aparmağa çağırıram. Jurnalistikamız dövlətimizə və onun simvollarına qarşı çıxanlarla mübarizə aparmalıdır”.

C.Məmmədli Azərbaycanda mediaya dövlət dəstəyinin göstərildiyini, mətbuatın maddi-texniki bazasının gücləndiyini vurğulayıb: "Ölkəmizdə azad mətbuatın fəaliyyəti üçün hər cür şərait yaradılıb".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR