Uduzmuşların qrant eyforiyası - Yaxud radikal müxalifətin mitinq öhdəliyi/ VİDEO

Dünyada siyasi mənzərənin iki aydın və dəqiq mənəvi qalası var: 1) Sabitlik. 2) Əqidə bütövlüyü.

Amma təəssüflər olsun ki, Azərbaycanda siyasətlə məşğul olmağı gündəlik yaşam və həyat kredolarına çevirmə ənənəsi var.

Müxalifətçilikdə dövlətinə qarşı radikal müxalif olmaq sənə xaricdə ölkənə düşmən kəsilən havadarlar qazandıra bilər. Və sən heç utanmadan, düşünmədən o xarici havadarların əli ilə saxta mitinq şouları təşkil edib öz maraqlarını güdərsən.

Milli Şura adlı radikal müxalifət qaragüruhu indi bu yolu tutub.

Sosial baza yox: sadəcə öz qohum-əqrəbalarından ibarət balaca qruplarla və Feysbukun qəzəb püskürən az sayılı klaviatura qəhrəmanları ilə "məqsədə" getməkdə heç bir problem görmürlər. Adamların ideoloji dayanıqlığı sıfırdır. Solçu, sağçı, liberal, ifrat dindar, ateist- heç fərq etməz, milli maraqlara qarşı şəxsi mənafeləri üçün hamıdan yararlanmağa çalışırlar.

Haqq-ədalətdən dəm vuran mitinq şousunun "başbilənləri" başqasının övladına yad kimi baxır, onları mitinqə səsləyirlər ki, yaxşı pulları olsun, qrant ala bilsinlər, öz övladları isə xaricdə gəzirlər, əylənirlər, yaşayırlar.

Milli Şuranın sədri Cəmil Həsənli haqqında balaca bir nüansı yada salaq, toxunulası məqamlar çox olsa da.

Mitinqin ağsaqqalı Cəmil Həsənli 2 cağırış (10 il) Milli Məclisin deputatı kimi fəaliyyət göstərmiş bir insandır. 2000-ci ildən 2010-cu ilədək parlamentdə oturub mövcud hakimiyyətin apardığı siyasəti, ümummilli lider Heydər Əliyevin uğurlu tarixi missiyası, Prezident İlham Əliyevin tutduğu yolu dəstəkləyən Cəmil Həsənli Milli Məclisdə dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsi zamanı demişdi: "Bu gün 2011-ci ilin dövlət büdcəsi müzakirə olunur. Demək istəyirəm ki, müzakirəyə təqdim olunan büdcə kifayət qədər peşəkarcasına hazırlanıb. Bununla belə büdcə gəlirləri artım tempini saxlamaqdadır. Təbii ki, bu, müsbət tərəfdir. Büdcə vəsaitlərinin xərclənməsi ilə bağlı bir-iki məsələni qeyd edərək, digər fikirlərimi sizlərə çatdırmaq istəyirəm. Sadəcə olaraq, büdcə vəsaitlərinin xərclənməsi ilə bağlı təhsil sisteminə diqqətinizi yönəltmək istərdim. Qeyd etmək istəyirəm ki, son bir neçə ildə büdcə və qeyri-büdcə vəsaiti hesabına Azərbaycan məktəblərinin maddi-texniki bazasının təkmilləşdirilməsi, məktəb binalarının yenidən tikilməsi istiqamətində çox böyük uğurlar əldə edilib. Azərbaycanda məktəb fondunun 40 faizi yeniləşib ki, bu da son dərəcə müsbət hadisədir. İkincisi, Azərbaycan Təhsil Nazirliyi tərəfindən uzaq dağ kəndlərinə müəllimlərin xüsusi şərtlərlə göndərilməsi istiqamətində büdcə vəsaitindən səmərəli istifadə edilir."

Bu, balaca bir hissədir.

Eyni zamanda üçüncü dəfə millət vəkili seçilməyəndən sonra "müxalifətçi" olan Gültəkin Hacıbəyliyə nəzər salaq.

Mitinq kürsüsünün əsas indikatoru Gültəkin Hacıbəylinin vaxtilə iqtidarı müdafiə edən debatları silsiləsindən:

İki dəfə millət vəkili seçiləndə bu çıxışları edirdi:

Azərbaycan xalqı heç vaxt bu adamların siyasi oyunlarına aldanmayacaq.

Xalqımız gözəl anlayır ki, ölkədəki siyasi sabitliyin və inkişafın yeganə qarantı cənab İlham Əliyevdir!

Tural İsmayılov/ Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR