Play Store

Azərbaycan "Şərq Tərəfdaşlığı"nın yeni institusional strukturunun təqdimatında təmsil olunacaq

Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev martın 12-də Brüsseldə keçiriləcək "Şərq Tərəfdaşlığı"nın yeni institusional strukturunun təqdimatında ölkəmizi təmsil edəcək.

Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib. Bildirilib ki, Avropa İttifaqının (Aİ) yeni institusional təşəbbüs strukturunun təqdimatı Azərbaycan, Belarus, Gürcüstan, Moldova, Ukrayna, Ermənistan və Aİ üzv ölkələrinin rəsmilərinin iştirakı ilə keçiriləcək.

"Şərq Tərəfdaşlığı" ölkələri və Aİ üzv ölkələri arasında yeni institusional tərəfdaşlıq strukturu ilk növbədə bu ölkələrin vətəndaşları üçün real faydalar gətirəcək islahatların effektli realizəsinə istiqamətlənib. /Trend/


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR