Əflatun Amaşov yenidən sədr seçildi - Mətbuat Şurası

Azərbaycan jurnalistlərinin VII qurultayı başa çatıb.

Metbuat.az xəbər verir ki, Qurultayda Azərbaycan Mətbuat Şurası sədrinin və nəzarət-təftiş komissiyasının hesabatları dinlənilib, hesabat ətrafında müzakirə aparılıb, Şuranın İdarə Heyətinin yeni tərkibi seçilib.

Qurultayda, həmçinin Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin tərkibinin genişləndirilməsi məsələsi də müzakirə olunub. Mətbuat Şurasının Nizamnaməsində dəyişiklik edilib. Dəyişiklik nəticəsində İdarə Heyətinin tərkibi genişlənib, üzvlərin sayı 17-dən 23-ə çatıb. Şuranın 11 jurnalistdən, 7 ictimaiyyət nümayəndəsindən və 5 internet informasiya resursu təmsilçisindən ibarət İdarə Heyəti formalaşıb. Bundan başqa, İdarə Heyətinin 2 jurnalistdən, 2 ictimaiyyət nümayəndəsindən və 2 internet informasiya resursu təmsilçisindən ibarət ehtiyat üzvləri də seçilib.

Azərbaycan jurnalistlərinin VII qurultayında səsvermə nəticəsində Əflatun Amaşov yenidən Mətbuat Şurasının sədri seçilib. Qurultayda Mətbuat Şurasına üzv 166 təşkilatdan 241 nümayəndə iştirak edib. Həmçinin Şuranın İdarə Heyətinin tərkibi Təşkilat Komitəsi kimi fəaliyyət göstərdiyindən qurumun üzvləri də qurultay nümayəndəsi qismində təmsil olunublar.

Sonda qurultayın qətnaməsi qəbul olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR