Play Store

Milli Məclisin futbol komandası Latviya seyminin komandasına qalib gəldi

Milli Məclisin 100 illik yubileyinə həsr olunan parlament komandalararası beynəlxalq futbol turniri davam edir.

Milli Məclisin mətbuatxidmətindən Metbuat.az-a verilən məlumata görə, “İnter Arena”da keçirilən ilk oyunda AzərbaycanLatviya komandaları qarşılaşıb. Oyunun gedişini Milli Məclisin sədri Oqtay Əsədov, sədrin birinci müavini Ziyafət Əsgərov, nümayəndə heyətlərinin üzvləri və digərrəsmi şəxslər izləyiblər.

Komandalar hər biri 30 dəqiqədən ibarət iki hissədə mübarizə aparıb. Azərbaycan komandası rəqib qapısı qarşısında dəfələrlə təhlükəli vəziyyətlər yaradıb. Görüş 3:0 hesabı ilə komandamızın xeyrinə yekunlaşıb. İkinci oyunda TürkiyəPolşa komandaları üz-üzə gəlib. Görüş 5:1 hesablı qələbə ilə Türkiyə komandasının xeyrinə nəticələnib.

Turnirdə Azərbaycan Milli Məclisinin, Türkiyə Böyük Millət Məclisinin, Ukrayna Ali Radasının, Polşa və Latviya seymlərinin komandaları yarışır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR