Gənc futbolçu faciəvi şəkildə öldü

Gənc futbolçu faciəvi şəkildə öldü
10:39 11 Yanvar 2015
172 İdman
Ölkə mətbuatı
A- A+

Almaniya "Volfsburq"unun yarımmüdafiəçisi Junior Malanda dünyasını dəyişib. Apasport.az saytının məlumatına görə, Belçika millisinin üzvünün ölümünə səbəb yol qəzası olub.

 

Leysan yağışının və güclü küləyin olması 20 yaşlı oyunçunun qəza törətməsinə gətirib çıxarıb. O, “Volfsburq” klubunun bazasına və oradan da Cənubi Afrikada məşq düşərgəsinə yola düşmək üçün gedirmiş. Sürücü idarə etmənin itirərək maşını yol kənarındakı ağaca çırpıb.

 

Malanda elə hadisə yerindəcə keçinib. Maşında olan digər iki sərnişin isə xəstəxanaya yerləşdirilib. Onlar vəziyyəti ağırdı.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/189991

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR