​Serbiya parlamenti qondarma erməni soyqırımına dair sənədi

Serbiya parlamenti qondarma erməni soyqırımının tanınmasına dair sənədi rədd edib.

Metbuat.az-ın məlumatına görə, qanunun müzakirəyə çıxarılması üçün ilkin səsvermə keçirilib. Lakin 139 deputat sənədin əleyhinə səs verib. Cəmi 7 millət vəkili qanuna dəstək olub. Bildirilir ki, qanun layihəsi müxalifətçi "Yeni Partiya"nın sədri Zoran Zivkoviç tərəfindən irəli sürülüb.

Qeyd edək ki, Serbiya parlamentində 8 il əvvəl də oxşar səsvermə keçirilmiş və deputataların əksəriyyəti qanun layihəsinə qarşı çıxmışdı.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR