Mənbicdə sabitliyin təmin edilməsinə dair

Fərat çayının şərq sahili və Mənbicdə sabitliyin təmin edilməsinə dair Ankarayla Vaşinqton arasında razılıq əldə olunub.

Metbuat.az-ın məlumatına görə, bu barədə açıqlama verən Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu bildirib ki, həmin bölgələrdə sabitliyin təmin edilməsi üçün xüsusi işçi qrupları da qurulub. Onun sözlərinə görə, dinc insanları qtələ yetirən PYD-YPG terrorçuları Suriyanın 25 faizinə nəzarət edir.

Bu isə Suriyanın gələcəyi üçün böyük təhlükədir. Mart ayının 19-da amerikalı həmkarı Reks Tillersonla görüşəcəyini deyən Çavuşoğlu qeyd edib ki, Vaşinqton PYD-YPG qruplaşmaları ilə bağlı verdiyi sözlərə əməl etməlidir.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR