Ölkənin adını dəyişdi, dillərə düşdü - FOTO

Ölkənin adını dəyişdi, dillərə düşdü - FOTO
10:42 11 Yanvar 2015
170 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ-ın New York Times qəzetinin jurnalisti Co Branç həyatı boyu unutmayacağı səhvə yol verib. Anspress-in məlumatına görə, məqaləsində etdiyi səhv ucbatından indi Branç məsxərə obyektinə çevrilib. 2000-ci ildə Pamir dağlarında məşhur idmançı Tomi Kolduellanın oğurlanması barədə yazan jurnalist təsadüfən “Qırzbekistan” sözünü işlədib.

Məqalə 2015-ci ilin 7 yanvar tarixində işıq üzü görəndən sonra səhv oxucular və digər nəşrlərdən olan həmkarlar tərəfindən üzə çıxır. Buna cavab olaraq: “Bu Qırğızıstan idi, mövcud olmayan Qırzbekistan yox”, - desə də internet istifadəçilərinə yeni “yaranan” dövlət adı xoş gəlir.

Yeni yaranmış dövlət adı barədə artıq çoxlu məqalələr həsr edilib. #Kyrzbekistan haştaqında tvitterdə minlərlə tvit atılıb və hətta ingilis dilli @kyrzbekistan akauntu da işıq üzü görüb.

Lakin internet istifadəçiləri bununla da kifayətlənməyiblər. Artıq Qırzbekistana turist səfərləri təşkil edən sayt da yaradılıb. Ölkəni ziyarətə gedənlər üçün yol xəritələri və “dövlət”in rəsmi saytı belə unudulmayıb.

Bir çox istifadəçilər jurnalistin səhvi ucbatından yaranan ölkəyə ziyarət etməyi belə planlaşdırırlar. Qırğızıstanın özündən isə məsələyə müsbət reaksiya gəlib. Bir çoxları bunun ölkəyə turist axının çoxalmasına və Mərkəzi Asiya ölkələrinə uzaq Qərbin marağın artmasına gətirib çıxaracağına inanırlar.

Milli.Az





RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR