Misirdə 16 terrorçu məhv edilib

Misir hərbçiləri irimiqyaslı “Sinay-2018” antiterror əməliyyatı çərçivəsində son 4 gün ərzində 16 yaraqlını məhv ediblər.

Metbuat.az-ın verdiyi xəbərə görə, bu barədə Misir ordusunun yaydığı məlumatda deyilir.

4 xüsusilə təhlükəli ekstremistin Sinay yarımadasının mərkəzi hissəsində zərərsizləşdirildiyi bildirilir.

Daha 12 terrorist yarımadanın digər hissəsində baş vermiş toqquşma zamanı öldürülüb.

Xatırladaq ki, Sinay yarımadasında başlanılan antiterror əməliyyatı artıq bir aydan çoxdur ki davam edir. Əməliyyat çərçivəsində 100-dən çox ekstremist, terrorçulara məxsus onlarla silah-sursat anbarları və nəqliyyat vasitələri məhv edilib, yüzlərlə silah vahidi və partlayıcı maddələr müsadirə edilib.

"Barselona"dan səfərdə əzmkar qələbə - VİDEO - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR