Yevlaxda şagirdləri daşıyan avtobus qəzaya düşdü

Yevlaxda şagirdləri daşıyan "Vito" markalı mikroavtobusun toxuculuq müəssisəsi yaxınlığında "QAZ-53" markalı avomobillə toqquşması nəticəsində 19 nəfər xəsarət alıb.

Metbuat.az report-ə istinadən xəbər verir ki, onlar 2003-cüil təvəllüdlü şagirdlərdir.

Hadisə zamanı xəsarət alanlardan 14-ü Yevlax Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Yaralılardan 8-nin xəsarəti yüngül olduğundan onlar ilkin tibbi yardımdan sonra xəstəxanadan buraxılıblar. Digər 6 yaralıda müxtəlif dərəcəli xəsarətlər qeydə alınıb.

Daha 5 yaralı Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Onlardan 2-nin vəziyyəti ağırdır. Onların yaxın saatlarda Bakıya gətiriləcəyi gözlənilir.

"Barselona"dan səfərdə əzmkar qələbə - VİDEO - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR