Rusiyada Azərbaycan vətəndaşı intihar edib

Rusiyanın Saxalin vilayətində Azərbaycan vətəndaşı intihar edib.

Metbuat.az xəbər verir ki, Saxalindəki Azərbaycan icmasından apa-nın Rusiya bürosuna verilən məlumata görə, Azərbaycan vətəndaşı 30-35 yaşlı Məmmədov Elşən Fəxrəddin oğlu yaşadığı evdə özünü asaraq intihar edib.

Əslən Azərbaycanın Tovuz rayonunun Düz Qırıqlı kəndindən olan Elşən Məmmədov Saxalində ticarətlə məşğul olub. Mərhum intihar etməmişdən öncə məktub yazıb. E. Məmmədovun külli miqdarda borcunun olduğu və bu səbəbdən canına qəsd etdiyi bildirilib.

Yaxın günlərdə mərhumun cəsədi dəfn olunması üçün Azərbaycana göndəriləcək.

Təhsil Nazirliyi və DİM-dən Yevlaxdakı qəzayla bağlı - BİRGƏ MƏLUMAT - Oxumaq üçün tıkla

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR