Qəzaya uğrayan təyyarədə tanınmış iş adamının qızı da həyatını itirib -

İranda qəzaya uğrayan özəl təyyarədə həyatını itirən sərnişinlər arasında Türkiyənin tanınmış iş adamı, “Başaran” holdinqin qurucusu və rəhbəri Hüseyn Başaranın qızı Minə Başaran da olub.

Metbuat.az xəbər verir ki, ailə həyatı qurmağa hazırlaşan Minə Başaranın gələn ay toyu olacaqdı. O, rəfiqələri ilə birlikdə Birləşmiş Ərəb Əmirliklərindən toya hazırlıqla əlaqədar alış-verişdən qayıdırmış.

İranın Çaharmahal əyalətində təyyarə qəflətən radarlardan itib. Dağa çırpılaraq qəzaya uğrayan təyyarənin qalıqları artıq tapılıb. Qəzanın səbəbləri araşdırılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR