İran xilasediciləri təyyarənin düşdüyü yerə 3-4 saat sonra çatacaqlar

İran xilasediciləri Türkiyənin "Basharan Holding" şirkətinə məxsus təyyarənin düşdüyü yerə 3-4 saat sonra çatacaqlar.

Metbuat.az-ın məlumatına görə, bu barədə Türkiyənin Qızıl Aypara Cəmiyyətinin rəhbəri Kerem Kınık öz "Twitter" səhifəsində yazıb.

K.Kınık bildirib: "Düşünürük ki, Qızıl Aypara Cəmiyyətinin İran xilasedicilərinə hadisə yerinə çatmaq üçün 3-4 saat vaxt lazım olacaq. Hava şəraiti çox pisdir".

Bundan əlavə K.Kınık təyyarədə olan sərnişinlərin kimliyinidə bildirib. Sərnişinlər arasında "Basharan Holding" şirkətinin rəhbəri Hüseyn Başaranın qızı Mina Başaran da olub.

Qeyd edək ki, İranın qərbində Türkiyənin "Basharan Holding" şirkətinə məxsus təyyarə qəzaya uğrayıb. Qəza nəticəsində 11 nəfər həlak olub. Onlardan 3-ü heyət üzvü, 8-i isə sərnişin olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR