Play Store

DİN Yevlaxda baş verən qəza ilə bağlı məlumat yayıb

Daxili İşlər Nazirliyi Yevlaxda məktəbli avtobusunun qəzaya uğraması ilə bağlı məlumat yayıb.

Metbuat.az-ın məlumatına görə, bildirilir ki, 11 mart 2018-ci il tarixində saat 9:00 radələrində Bakı-Qazax avtomobil yolunun Yevlax rayonu ərazisindən keçən hissəsində QAZ-53 markalı yük avtomobili ilə eyni istiqamətdə hərəkətdə olan Ford Tranzit markalı mikroavtobus toqquşub.

Toqquşma nəticəsində mikroavtobusda olan 17 sərnişindən 5 nəfər xəsarət alaraq Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlardan 3-nün vəziyyəti stabil, 2 nəfərinki isə orta-ağırdır.

Mikroavtobusun sərnişinləri əsasən Aran qəsəbəsindən Yevlax şəhərinə sınaq imtahanına gedən 9-cu sinif şagirdləri olub və qəzaya uğradıqları mikroavtobus həmin şagirdlərin müəllim və valideynləri tərəfindən şifahi sövdələşmə yolu ilə sifarişi həyata keşirən nəqliyyat vasitəsi olub.

Faktla bağlı müvafiq araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR