Meşə yanğınlarında 9 turist yanaraq ölüb - 18 yaralı var

Hindistanın cənubunda Tamilnad ştatının Kuranqani rayonunda meşə yanğınları baş verib.

Metbuat.az-ın məlumatına görə, meşə yanğınları nəticəsində 9 nəfər həlak olub, 18 nəfər isə ağır yaralanıb. Həlak olanların turistlər olduğu bildirilir.

Həlak olanların vətəndaşlığı barədə məlumat verilməyib.

Qeyd edilir ki, yanğın turistlər trekkinqdən qayıdan zaman baş verib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR