Eviniz isinsin! Yüksək keyfiyyətli

Uzun illərdir insanlar istilik əldə etmək üçün müxtəlif üsullardan istifadə edib. Zaman-zaman istilik avadanlıqları sistemləşdirilərək həyatimiza yeni tərzdə daxil olub. Ocaq, soba, kombi və s. Elə hazırda da bir çoxumuzun evində müasir standartlara cavab verən kombi avadanlıqları quraşdırılıb. Müxtəlif ölkələrin istehsalı olan bu cihazların işləmə funksiyası bəzən bizi yanıldır. Bu halla qarşılaşmamaq üçün isə peşəkarların tövsiyyə etdiyi, keyfiyyətli, təhlükəsiz markalara müraciət etsək peşman olmarıq.

Hər kombi markasının özünəməxsus xüsusiyyəti var. Kombi üçün vacib şərt səssiz işləməsi və qənaətli olmasıdır. Azərbaycanda 10 ildir ki, fəaliyyət göstərən Çexiya istehsalı THERMONA şirkəti də kombi seçiminizdə əla vasitədir. Şirkətin Azərbaycanda olan nümayəndəliyinin əməkdaşı Rəna Cəfərova THERMONAnın digər markalara nisbətən daha üstün keyfiyyətə malik olduğunu bildirib.

Qaz və elektrik ilə çalışan THERMONA kombilərinin əsas üstünlükləri bunlardan ibarətdir:

  • Aşağı təzyiqli qazla işləməsi
  • Diaqnostika sistemi
  • Qaz tənzimləyicisi
  • Donmaya qarşı müdafiə
  • Yüksək faydalı iş əmsalı
  • Minimal qaz və elektrik sərfiyyatı
  • 2 il zəmanət və yüksək servis

Yüksək göstərici sayılan unikal mis qızdırıcısı olan THERMONA kombiləri ekoloji cəhətdən də keyfiyyətlidir. Belə ki, atmosferə zərərli maddələrin atılmasının azaldılması komponentlərindən istifadə edilməsinə nail olunub. Modulyasiya gücünün 23%-100% aralıq diapazonunda olmasına nail olan marka kaskad sistemində də uğurlu mövqe qazanıb. Kombi sisteminin bir çox çeşidlərinin olması ilə yanaşı elektrik qazanları da var. Çeşidləri sırasında THERMONAnın divartipli qazanlarından da rahatlıqla istifadə olunur. Bunlarla yanaşı şirkətin servis nümayəndələri ildə bir dəfə evlərə quraşdırılmış kombi sistemlərinə texniki baxış keçirir.

Şirkətin Azərbaycanda 3 satış nöqtəsi ilə yanaşı avadanlıqlarının digər mağazalarda və rayonlarda da satışı mümkündür. THERMONA dinamik inkişafı, müasir texnologiyası ilə seçilir. THERMONA ailənizin komfortlu həyatı və evinizin istilik təminatçısı kimi güvənli markadır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR