Xızıda yeni avtomobil yolu tikilir

Xızı rayonunun Giləzi–Xızı (34 km)–Fındığan avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Prezidentin Sərəncamına uyğun olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yüksək keyfiyyətlə və sürətlə yenidənqurma işləri aparılır.

Agentlikdən Metbuat.az-a verilən məlumata görə, başlanğıcını respublika əhəmiyyətli Giləzi-Xızı avtomobil yolunun 34-cü km-dən götürən yerli əhəmiyyətli Fındığan yolunun uzunluğu 5 km-dir və IV texniki dərəcəlidir.

Kənd yolu əvvəllər torpaq-çınqıl örtüklü olub. Bu isə kənd əhalisinin xüsusən payız-qış aylarında rayon mərkəzinə gediş-gəlişində müəyyən çətinliklərə gətirib çıxarırdı. Lakın yolun əsaslı şəkildə Dövlət Agentliyi tərəfindən yenidən qurulması ilə bu çətinliklər artıq geridə qalır.

Tikinti layihəsinə uyğun olaraq sözügedən yolun eni 6-7 metrdən 10 metrə qədər genişləndirilir. Yolun normativ eninin alınması üçün müxtəlif hissələrdə sol tərəfdə süxurların mexanizmlə kəsilməsi, həmçinin yolun torpaq yatağının bərpası üçün yararsız qruntun qazılması və çınqıl materialı ilə yolun genişləndirilməsi işləri aparılır. Yeni yol yatağının tikintisi bitə ərazilərdə optimal qum-çınqıl qarışığından sitifadə edilərək isə yeni yol əsasının tikintisi də görülür.

Yolun altından suların ötürülməsini təmin etmək məqsədi ilə 64 paqon-metr dəmir boruların, həmçinin müxtəlif diametrli 162 paqon-metr dəmir-beton boruların quraşdırılması işləri də görülüb.

Texnoloji ardıcıllığa uyğun olaraq torpaq işləri bitəndən sonra asfaltlanma işlərinə başlanılacaq. Ümumilikdə yol boyu 30 min kv.m sahəyə 2 laydan ibarət yeni asfalt-beton örtüyü döşənəcək.

Layihəyə uyğun olaraq hərəkətin normal təşkili üçün yol boyu 2 yerdə avtobus dayanacağı tikiləcək, 23 ədəd yol nişanı və 200 ədəd siqnal dirəyi quraşdırılacaq.

Ümumilikdə sözügedən yolun yenidən qurulması avtomobillərin hərəkətinin təhlükəsizliyinə zəmin yaratmaqla, həm də kənd təsərrüfatının inkişafına təkan verəcək, məhsulun tez bir zamanda istehsalçıdan istehlakçıya çatdırılmasına hərtərəfli şərait yaradacaq. Bu isə kənd əhalisinin sosial rifah halına müsbət təsir göstərəcək.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında aparılan yenidənqurma işlərinin yaxın müddət ərzində yekunlaşdırılması planlaşdırılır.

Bakıya yağış, rayonlara qar yağacaq - RƏSMİ - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR