1 ay ərzində sirkəli su içsək nə baş verər? - DİQQƏT

Bəzilərinin zərərli, bəzilərinin isə arıqlamaq üçün faydalı hesab etdiyi sirkəli su üsulundan danışaq. Məlumata görə, Kristin Kanninq adlı məşhur redaktor bir ay ərzində sirkəli su içib və aldığı nəticəni sosial media hesabından paylaşıb.

Metbuat.az xəbər verir ki, sirkəli su içməyə başladığı gündən gənc qadın daha çox tualet ehtiyacının yarandığını bildirib. Kristin ilk dəfə sirkəli su içdiyi zaman yaranan təəssüratı paylaşıb:

"Alma sirkəli suyu normal sudan daha çox sevdim və buna görə, gün ərzində daha çox su içməyə başladım. Sirkəli su maddələr mübadiləsini sürətləndirir."

Kristinin sözlərinə görə, bu qarışıq maddələr mübadiləsini sürətləndirsə də, qəbizlik problemi yaradıb.

İddialara görə, sirkəli su iştahanın qarşısını alır, ancaq gənc redaktor bu iddiaları yalanlayıb. Qadın bir ay əvvəl yediklərini daha iştahla yediyini qeyd edib.

Sirkəli su barədə digər fikrə görə, o arıqlamaq istəyənlərin köməkçisidir. Ancaq K.Kanninq deyir ki, bu qarışıq onu arıqlatmayıb, hətta kökəlməsinə səbəb olub.

Limon, duz və istiotla ağrılardan qurtulun – SADƏ ÜSUL


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR