Roman Qriqorçuk: "Fevralln 1-də danışa bilərik"

Roman Qriqorçuk: "Fevralln 1-də danışa bilərik"
11:17 11 Yanvar 2015
198 İdman
Ölkə mətbuatı
A- A+

"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Antalya toplanışı çərçivəsində baş tutan "Qəbələ" - PSV-2 (Hollandiya) (0:0) matçından sonra fikirlərini bildirib. Fanat.az xəbər verir ki, ukraynalı mütəxəssis oyunla bağlı danışmağın tez olduğunu bildirib:


"Hazırlıq prosesimiz davam edir. Ümumi nəsə demək üçün çox tezdi. Futbolçularımız səylə çalışır. Oyunumuz haqda yalnız fevralın 1-i, "Bakı" ilə qarşılaşmadan sonra danışa bilərik. Hazırkı dövr həmin matça hazırlıq dövrüdü. Yeni futbolçularımız - Rəşad Sadiqov və Aleksey Qay təcrübəli futbolçulardı. Bizim onların oyununa, komandaya xeyir verib-verməyəcəklərinə dair hər hansı bir şübhəmiz yox idi. Onlar zaman ötdükcə öz səviyyələrini göstərirlər. Heyətimizə qatdığımız gənc futbolçular isə çalışırlar və daha çox çalışmalıdırlar".//gabalafc.az


Fanat.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR