Su anbarında batan daha bir şəxsin meyiti çıxarılıb - FHN

Qazax rayonunun Cəfərli kəndi ərazisində Ağstafaçay su anbarında Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən aparılan axtarış işləri başa çatıb.

Metbuat.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, batdığı ehtimal edilən digər vətəndaş, 1981-ci il təvəllüdlü Omarov Aqif Sadiq oğlunun cəsədi dalğıc-axtarış qrupu tərəfindən batdığı yerdən 400 m aralıda tapılaraq sudan çıxarılmış və aidiyyəti üzrə təhvil verilib. Əməliyyat başa çatıb.

Qeyd edək ki, martın 10-da Qazax rayonunun Cəfərli kəndi ərazisində Ağstafaçay su anbarında 1978-ci il təvəllüdlü Məmmədov Elşən Rişad oğlu və 1981-ci il təvəllüdlü Omarov Aqif Sadiq oğlu batıb.

Axtarışlar nəticəsində E.Məmmədovun cəsədi batdığı yerdən 500 m aralıda tapılaraq sudan çıxarılmış və aidiyyəti üzrə təhvil verilmişdi.

Sabah dolları bu qiymətə alacaqsınız - Mərkəzi Bank - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR