FHN Salyandakı qəza ilə bağlı - məlumat yayıb

Fövqəladə Hallar Nazirliyi (FHN) Salyanda 2 nəfərin ölümü ilə nəticələnən qəza ilə bağlı məlumat yayıb.

Metbuat.az FHN-nin saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərdə İdarəetmə Mərkəzinə Salyan rayonunun Qaraçala qəsəbəsində "VAZ" markalı iki minik avtomobilinin toqquşması barədə məlumat daxil olub.

Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Hadisə zamanı ölən sürücü və sərnişinin cəsədləri xilasedicilər tərəfindən avtomobildən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Hadisə zamanı digər avtomobilin sürücüsü müxtəlif xəsarətlər alıb. Əməliyyat başa çatıb.

Anasını silahla hədələyən oğul tutuldu - DİN - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR