Azərbaycan neftinin - Son qiyməti

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti son dəfə 66,61 dollar/barel təşkil edib ki, bu da daha öncəki günə olan göstəricidən 1,33 dollar/barel çoxdur.

Metbuat.az-ın məlumatına görə, FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin sonuncu qiyməti 65,97 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,32 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin sonuncu qiyməti isə 61,47 dollar/barel təşkil edib ki, bu da Trend-ə görə, əvvəlki qiymətdən 1,34 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin son qiyməti isə 65,32 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 1,3 dollar/barel çoxdur.

Tanınmış xalq artisti vəfat edib - FOTO - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR