Play Store

Türkiyədən şəhid xəbəri gəldi -"Zeytun budağı" əməliyyatı

Türkiyə Silahlı Qüvvələri (TSQ) apardığı "Zeytun budağı" əməliyyatı çərçivəsində yenə şəhid verib.

Metbuat.az xəbər verir ki, TSQ-dən verilən son açıqlamaya görə, "Zeytun budağı" əməliyyatı zamanı Cinderes bölgəsində icra edilən əməliyyat-axtarış tədbirləri zamanı əl istehsalı partlayıcının partlaması nəticəsində bir əsgər şəhid olub, bir əsgər isə ağır yaralanıb.

Ağrının Doğubayazıt rayonunda isə PKK-lı terrorçularla çıxan atışmada Göksel Koç adlı çavuş şəhid olub.

Aysel Yaqubqızı / Metbuat.az




Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR