Bu dəfə Mikayıl Müşfiqi təhqir etdilər: "Çox qıjı düşüncənin adamı olub" - FOTO

Bu dəfə Mikayıl Müşfiqi təhqir etdilər: "Çox qıjı düşüncənin adamı olub" - FOTO
10:58 13 Mart 2018
Ölkə mətbuatı
A- A+

"Neçə gündür Mikayıl Müşviqi oxuyuram. Çox mənasız adam olub. Tam səmimi deyirəm".

Bunu öz Feysbuk statusunda Elşad Barat adlı gənc şair yazıb.

E. Barat iddia edib ki, onun (yəni, Mikayıl Müşfiqin – red.) bu qədər tanınmağı, böyük şair kimi hörmətə sahib olması təsadüfdür. “Tam onun öldüyü yaşdayam. Mənim bu yaşda düşündüklərim bəllidir. O isə çox qıjı düşüncənin adamı olub. Düşüncəsi 15 yaşlı qaqaş düşüncəsindən aşağıymış. Mənə elə gəlir, onun bütün şeirləri mənim bir şeirimə dəyməz. Sadəcə, o, nakam ölüb deyə, camaatın ona yazığı gəlir”.

Qeyd edək ki, statusun yazılmasından ötən bir neçə saat ərzində yüzlərlə insan həmin statusa şərh yazaraq, E.Baratı kəskin şəkildə tənqid edib, etirazını bildirib.

Eyni zamanda, onlarla insan bu statusa etiraz əlaməti olaraq, öz statuslarında E.Baratı boykot etməyə çağırıblar.

Tanınmış ziyalı, yazıçı-dramaturq Firuz Mustafa isə E. Baratı ilk öncə Mikayıl Müşfiqin soyadını düzgün yazmağı öyrənib, sonra onun haqqında fikir bildirməyə çağırıb:

“Ə…əvvəla, dahi şairin adını düzgün yazın. “Müşviq” yox, Müşfiq, yəni şəfəq. İkincisi də, ölənlərin ruhuna toxunmayın”. (oxu.az)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/art/234125.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR