"Whatsapp"dan yeni xəbər! - O xüsusiyyət dəyişdirilib

"Whatsapp ötən aylarda istifadəyə verdiyi "atılan mesajı silmə" xüsusiyyətində əhəmiyyətli bir dəyişiklik etmək qərarı aldı.

Metbuat. az xəbər verir ki, istifadəçiləri yaxından maraqlandıran xəbərdə yeni alqoritm ilə bu xüsusiyyətin iş prinsipi dəyişib.

"Whatsapp" eyni xüsusiyyət üçün bir yeniləmə etmək qərarı verib. Yeni alqoritm ilə bu xüsusiyyətin iş prinsipi dəyişib. Artıq bir mesajı silmək istədikdə qarşı tərəfin cihazının açıq olması həyati əhəmiyyət kəsb edir.

Keçdiyimiz günlərdə sosial media nəhəngi "Facebook"un tərkibində olan "Whatsapp" 420 saniyə, yəni 7 dəqiqəlik müddəti olan "Hər Kəsdən sil" xüsusiyyətinin müddətini uzatmışdı.

İstifadəçilərin mesaj silmə müddəti 4096 saniyə, yəni1 saat 8 dəqiqə 16 saniyəyə çıxarıldı. Sözügedən yeni xüsusiyyətin yaxın günlərdə İOS və Android variantlarına əlavə olunması gözlənilir.

BUNA DA BAX!

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR