İnsana ən çox zövq verən...

Alış-verişin beyin üzərindəki psixoloji təsirlərini araşdıran elm adamları bu fəaliyyətin seksdən daha çox zövq verdiyini bildiriblər.

Metbuat.az məlumat verir ki, "New York Times" qəzetinin xəbərinə görə, Gamma beyin dalğalarını araşdıran elm adamları araşdırmaya qatılanları "ilhamlı" və yalnızca ortama görə ya da dəbə uyğunlaşmaq üçün alış-veriş edənlər olaraq iki qrupa bölüblər.

Araşdırmanın nəticəsinə görə, "ilhamlı" alış-veriş edənlərin yüzdə 84-nün aldığı həzz digər alış-veriş edənlərdən ikiqat daha çoxdur. İkinci qrupa daxil olan şəxslərin alış-veriş edərkən hər 10 dəqiqə üçün yüzdə 30 daha çox yorğunluq hiss etdiyi məlum olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR