İlham Əliyev müqayisə etdi

İlham Əliyev müqayisə etdi
11:36 11 Yanvar 2015
180 Ölkə
Ölkə mətbuatı
A- A+

"2015-ci ildə biz ordu potensialımızı daha da gücləndirəcəyik"

ANS PRESS-in məlumatına görə, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında söyləyib.

Baş komandan Azərbaycan ordusuna ayrılmış vəsaiti Ermənistanın dövlət büdcəsi ilə müqayisə edib: “Ordunun gücləndirilməsi məqsədilə 2015-ci ildə kifayət qədər böyük vəsait ayrılıb. Bu məqsədlər üçün kifayət qədər böyük vəsait ayrılıb. Təkcə onu demək kifayətdir ki, hərbi xərclərə ayrılan vəsait Ermənistanın ümumi büdcəsindən 2 dəfədən çoxdur. Ordumuzda nizam-intizam, döyüş qabiliyyəti artır, vətənpərvərlik ruhu yüksək səviyyədədir. Biz daha da güclü oluruq, Ermənistan daha da zəifləyir. Bu, qaçılmaz bir prosesdir. Yəni, növbəti illərdə ancaq bu proses daha da sürətlə gedəcək”.

Prezident İlham Əliyev vurğulayıb ki, 2014-cü ilin yekunları və 2015-ci il bir daha bizim gücümüzü göstərəcək. Nə neftin qiymətinin düşməsi, nə böhranlar, nə yaxınlıqda baş verən qanlı toqquşmalar bizim sürətli inkişafımıza təsir edə bilməz. “Mən tam əminəm ki, biz 2015-ci ili də uğurla başa vuracağıq və ölkəmizin inkişafını təmin edəcəyik”, - deyə dövlətimizin başçısı bildirib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR