Play Store

Bayramda uzaq yola çıxanlar - Avtomobilinizdəki bu detallara DİQQƏT!

Novruz bayramanında qeyri-iş günləri ilə bağlı (20, 21, 22, 23 mart) əksər insan bölgələrə üz tutacaq.

Uzaq yola çıxmazdan öncə avtomobil mütləq texniki cəhətdən saz olmalıdır.

Texniki məsləhətçi Əli Sultanov Metbuat.az-a açıqlamasında uzun yola çıxmazdan öncə sürücülərə bir sıra məsləhətlər edib:

“İlk növbədə təkərlər, sonra əyləc sistemi saz olmalıdır. Yolunuz şimal royanlarımızadırsa, havanın soyuq olmasını nəzərə alaraq şüşətəmizləyici suyun içərisinə donmayan maye əlavə etmək lazımdır. Əksər sürücü soyuq bölgələrə üz tutan zaman avtomobilin antifrizini dəyişdiyi halda, şüşəsiləni unudur. Nəticədə şüşəsilənin suyu donur. Avtomobolin alın şüşəsi palçıq olduğu zaman təmizlənə bilmir.

Uzaq yol gedəndə məsləhətdir ki, çölün havası avtomobilə daxil olsun. Həm şüşələrin tərləməməsi, həm də təmiz havanın salona daxil olması üçün avtomobilin havalandırma sisteminin açılması vacibdir. Xüsusilə də uzun yola çıxan sürücülər üçün mütləqdir.

Şimal bölgələrinə üz tutan sürücülərə axşam maşını saxlayan zaman əl əyləcindən istifadə etməmələrini məsləhət görürük. Çünki əl əyləcini çəkən zaman detallar sıxılır. Səhər onu buraxan zaman əyləcin salonda olan hissəsi yerinə qayıtsa da, daxildəki qurğular qayıtmır. Nəticədə əyləc sistemi kilidlənir və avtomobil hərəkət edə bilmir. Ona görə, şaxtalı havada əl əyləcindən istifadə edilməsi məsləhət görülmür.

Həmçinin, şaxtalı havada səhər avtomobili işə salan kimi şüşəsiləni birbaşa qoşmaq olmaz. Soyuq havalarda onlar avtomobilin şüşəsinə yapışır. Bu isə şüşəsilənin kiçik mühərrikini yandırır”.

Xəyalə Məmmədova / METBUAT.AZ

Benzin, yoxsa dizel? - Bu avtomobillərə üstünlük verin – OXUMAQ ÜÇÜN TIKLAYIN!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Xəta (#32)

Aktual mövzular: Dollar alış-satışı , Qarabağ, Hava, Məzənnə

Xəta (#32)

Daxili server xətası meydana gəldi.

Server sorğunu icra edərkən yuxarıdakı səhvlə qarşılaşdı.

Əgər fikirləşirsizsə bu serverlə bağlı səhvdir,zəhmət olmasa bizimlə əlaqə saxlayın.