Yasamalda mənzildən qadın meyiti tapılıb - FHN

Yasamalda mənzildən 69 yaşlı qadın meyiti tapılıb.

Metbuat.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısını açmış və orada aşkarlanan 1949-cu il təvəllüdlü Məmmədova Rifan Hacıbaba qızının cəsədini aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.

Yumurtanı suda yuyaraq istifadə edənlərin - NƏZƏRİNƏ - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR