Charlie Hebdo-nun yoluyla getdilər, yandırıldılar

Charlie Hebdo-nun yoluyla getdilər, yandırıldılar
11:42 11 Yanvar 2015
165 Dünya
Ölkə mətbuatı
A- A+

Charlie Hebdo-nun karikaturalarını dərc edən qəzetin ofisi yandırılıb.

Milli.Az Lenta.ru-ya istinadən bildirir ki, ötən gecə Hamburqda Hamburger Morgenpost qəzetinin redaksiyasına yandırıcı maddə ilə dolu şüşə atılıb.

Hadisə gecə 2 radələrində baş verib. Bildirilir ki, yanacaq dolu butulka qəzetin arxivinə düşüb və yanğın başlayıb. Jurnalistlər deyirlər ki, bir neçə sənəd yanıb, amma kimsə xəsarət almayıb.

Polis həmin rayonda iki şübhəlini saxlayıb. Onların hadisəyə aidiyyatı olub-olmadığı araşdırılır.

Bir müddət əvvəl Hamburger Morgenpost Fransanın Charlie Hebdo jurnalında dərc edilən Məhəmməd peyğəmbərin (s.ə.s.) karikaturalarını təkrar nəşr etmişdi. Ancaq redaksiya hələlik yanğın hadisəsini bununla bağlamağa tələsmir.

Xatırladaq ki, yanvarın 7-də Fransanın Charlie Hebdo jurnalına terror basqını olub. 3 silahlı şəxs - Səid və Şərif Kuaşi qardaşları və daha bir nəfər redaksiyadakılara atəş açıb, qaçıblar. Jurnalın baş redaktoru da daxil 12 nəfər ölüb, 11 nəfər yaralanıb.

Yanvarın 9-da Amedi Kulibali Paris supermarketində Kuaşi qardaşlarına dəstək adıyla insanları girov götürüb. Kuaşi qardaşları həmin gün axşam Parisin 50 km-liyində, Dimmarten-an Qoeledəki tipoqrafiyada öldürülüblər. Amedi Kulibalini də xüsusi təyinatlılar əməliyyat zamanı öldürüblər.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/318442.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR