ABŞ-da məktəblilərin olduğu avtobus dərəyə yuvarlandı

ABŞ-ın Alabama ştatında içərisində 52 məktəblinin olduğu turist avtobusu dərəyə yuvarlanıb.

Metbuat.az-ın məlumatına görə, hadisə nəticəsində 20-yə yaxın şəxs xəsarət alıb.

Hazırda hadisə yerində xilasedicilər işləyir. Qəzanın baş vermə səbəbləri araşdırılır.

Qeyd olunur ki, avtobus Hyuston şəhərindən məktəbliləri ekskursiyadan gətirirmiş.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR