Narkotik ticarətçiləri ölüm hökmünə məhkum edilməlidir - Donald Tramp

ABŞ prezidenti Donald Trampın fikrincə narkotik ticarətçiləri ölüm hökmünə məhkum edilməlidir.

Metbuat.az-ın məlumatına görə, o bildirib ki, narkotik vasitələr satan cinayətkarlar minlərlə insanın həyatını məhv edir. Bu üzdən onlara qarşı ən ağır cəza tətbiq olunmalıdır: ”1 şəxsi qətlə yetirəndə ölüm cəzasına məhkum edilirsən. Lakin narkotik sataraq, 500 nəfəri ölümünə səbəb olanlar bəzən heç cəza almırlar”.

“Ağ ev" rəhbəri qeyd edib ki, narkotik alverçilərinə qarşı ağır cəza tətbiq etməklə, bu istiqamətdə nəticə əldə etmək olar.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR