Play Store

İranda "Şimal-Cənub" layihəsi çərçivəsində terminal kompleksi açılacaq

Yaxın vaxtlarda "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində İran Astarasında terminal kompleksinin birinci fazasının açılışı planlaşdırılır, bütün kompleks isə 2018-ci ilin sonunadək istifadəyə veriləcək.

Metbuat.az-ın məlumatına görə, bu barədə Tehranda səfərdə olan Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev deyib.

Nazir bildirib ki, "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi layihəsi İran və Azərbaycan arasında reallaşdırılan ən uğurlu layihələrdən biridir:

"Azərbaycan tərəfi öz ərazisində Şimal-Cənub layihəsi çərçivəsində bütün işləri başa çatdırıb. Artıq ilk yük "Şimal-Cənub" marşrutu üzrə nəql olunur".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR