"Barselona" dayağını itirdi

"Barselona" dayağını itirdi
11:57 11 Yanvar 2015
175 İdman
Ölkə mətbuatı
A- A+

“Barselona” bu gün La Liqada “Atletiko”ya qarşı vacib oyuna ciddi itki ilə çıxacaq.

Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, təcrübəli yarımmüdafiəçi Xavi Ernandesin zədəsi hələ tam sağalmayıb. Bu səbəbdən o, qarşıdakı matçı buraxmalı olacaq.

Qeyd edək ki, eyni problemə görə, Xavi “Elçe” ilə ölkə kubokunun 1/8 mərhələsinin bu həftə keçirilən ilk oyununa çıxa bilməyib.

“Marca” qəzeti yazıb ki, Xavi komandasının dünənki hazırlıq prosesində yalnız fərdi qaydada məşq edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/318444.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR