“Abituriyent” jurnalının 1-ci nömrəsi nəşr olunacaq - DİM

“Abituriyent” 1 jurnalında 2018/2019-cu tədris ili üçün ali təhsil müəssisələrinə tələbə qəbuluna aid rəsmi sənədlər və metodiki materiallar təqdim ediləcək.

DİM-dən Metbuat.az-a verilən məlumata görə, jurnalın bu nömrəsində Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu qaydaları, hər bir fənn üzrə qəbul və buraxılış (tam orta təhsil səviyyəsi üzrə) imtahanı proqram­ları, imtahan fənləri üzrə qapalı və açıq formalı test tapşırığı nümunələri, xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul elanları öz əksini tapacaq. Jurnal iki dildə – Azərbaycan və rus dillərində çap olunacaq.

Jurnalı aşağıdakı keçiddə qeyd olunan ünvanlardan əldə edə biləcəksiniz: http://www.abiturient.az/index.php?status=elaqe&lang=az

Dünyaca məşhur alim vəfat etdi - 77 yaşında - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR