"Mançester Yunaytet"dən gözlənilməz məğlubiyyət

Dünən Çempionlar Liqasının (ÇL) 1/8 final mərhələsi çərçivəsində növbəti cavab qarşılaşmaları keçirilib.

Metbuat.az xəbər verir ki, hər kəsin maraqla gözlədiyi "Mançester Yunaytet" - "Sevilya" oyununda sürpriz nəticə qeydə alınıb. Matça zəif templə başlayan meydan sahibləri ikinci hissədə 5 dəqiqə ərzində qapılarında iki qol görüblər. Oyun 1:2 hesabı ilə yekunlaşıb və "Sevilya" növbəti mərhələyə adlayıb.

Qeyd edək ki, turun digər cavab qarşılaşması "Roma" - "Şaxtyor" arasında keçirilib və italiyanlar iki oyunun nəticəsinə əsasən (3:3), mərhələ adlayan tərəf olublar.

Sərdar Məmmədov / Metbuat.az


Neftimiz yenidən ucuzlaşdı - Son qiyməti - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR