ABŞ-ın yeni Xarici İşlər naziri kimdir?

ABŞ prezidenti Donald Tramp Xarici İşlər naziri Reks Tillersonu vəzifəsindən azad edərək 52 yaşlı Mayk Pompeonu vəzifəyə gətirəcəyini açıqlayıb.

Metbuat.az xəbər verir ki, köhnə əsgər olan Pompeo ABŞ Quru Qüvvələrinə zabit yetişdirən "West Point"dəki əsgər akademiyasından 1986-cı ildə məzun olub. Daha sonra o, Harvard universitetində hüquq fakültəsini bitirib.

Pompeo aborta qarşı görüşləri ilə gündəmə gəlib. O ilk ziyarətini Türkiyəyə edib. Pompeo Donald Trampla oxşar dünya görüşünə malik mühafizəkar kimi tanınır.

Qeyd edək ki, Mayk Pompeo ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri olub.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR