Memarlıq və Şəhərsalma İdarəsindən oğurluq olub

Oğurluğa görə tutulmuş H.Qurbanovun şəhər Memarlıq və Şəhərsalma İdarəsinin mühasibat otağından, A.Alıyarovaya məxsus çantadan pul oğurlaması da müəyyən edilib.

DİN-dən Metbuat.az-a verilən məlumata görə, Sumqayıt şəhər sakini T.Novruzovanın içərisində 2000 manat və sənəd olan çantasını oğurladığına görə Hicran Qurbanov saxlanılıb.

Sumqayıt ŞPİ 3-cü PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun yanvarın 18-dən fevralın 20-dək olan müddətdə A.Alıyarovaya məxsus çantadan, şəhər Memarlıq və Şəhərsalma İdarəsinin mühasibat otağından pul oğurlaması da müəyyən edilib.

Sabah hava belə olacaq - Proqnoz açıqlandı - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR