"Halal" sertifikatı təhlükəsizlik göstəricisi deyil - Qida Təhlükəsizliyi Agentliyi

"Halal" keyfiyyət sertifikatı məhsulların təhlükəsizlik göstəricisi deyil.

Metbuat.az trend-ə istinadən xəbər verir ki, bunu Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli deyib.

Q.Təhməzli bildirib ki, rəhbərlik etdiyi agentlik halal məhsullar üçün keyfiyyət sertifikatı verməyi planlaşdırmır: "Agentliyin belə bir sertifikat vermək hüququ yoxdur".

Sədr qeyd edib ki, laboratoriya şəraitində məhsullarda yalnız donuz əti və emulsiyasının olduğunu müəyyən etmək olar:

"Lakin hər hansı məhsulun "halal" standartına aid olduğunu müəyyənləşdirmək mümkün deyil. Bu məsələ ilə maraqlanan vətəndaşlar dini strukturlardan məsləhət ala bilərlər".

Sabah hava belə olacaq - Proqnoz açıqlandı - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR