25 ildir bura girib çıxırdı - Maraqlanıb içəri girdilər və...FOTOLAR

Şəhərlərdə yaşayan insanların əksəriyyəti səssiz, sakit, təbiətlə iç içə bir yerdə hüzurla yaşamaq istəyir. Bəziləri isə özünü insanlardan uzaqlaşdırmaq istəyir.

Metbuat.az xəbər verir ki, 25 ildir bir adamın mağaraya bənzəyən yerdən içəriyə girdiyini görənlər maraq içində qalıb və nəhayət maraqlarına yenilib adamın qapısını döyüblər.

Hər kəsin müxtəlif sahələrə marağı var. Bəziləri bağbanlıq, bəziləri aşbazlıq, bəziləri isə idmanla maraqlanır. ABŞ-ın Nyu Mexiko əyalətində 25 ildir mağarada yaşayan Ra Paulette adlı bir adamın maraq dairəsi bunlardan çox fərqlidir. O, illər sonra yaşadığı yeri insanlara göstərib.

25 ildir özünü insanlardan uzaqlaşdıran bu insanın yeganə dostu iti olub. Paulette sənətə aşiqdir. Mağaranın içində möhtəşəm bir işə imza atıb.

Qum daşlarının üstündə etdikləri ecazkardır. Burada su və yataq da var. Mağaranın içi görənləri heyrətləndirib.

Paulette nə mühəndis, nə də memardır. O, bunu sadəcə həvəskar olaraq edib.

Ona sənəti xəstəlik halına gətirib gətirilmədiyi soruşulduqda, “oyuncaqlarla oynayan bir uşaq xəstədirmi? Sevdiyiniz işi görmənizə xəstəlik demək olmaz” cavabını verib.

Günay Sadıxova/ Metbuat.az

Buna da BAX!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR