Play Store

Tanınmış şairəyə AĞIR İTKİ - “Son nəfəsində yalvardı ki…”

Şairə Cığatelə ağır itki üz verib: həyat yoldaşı xərçəng xəstəliyindən dünyasını dəyişib. Mərhum doğulduğu Ağstafa rayonunda dəfn olunub.

Metbuat.az yeniçağ-a istinadən bildirir ki, açıqlama verən şairə gözyaşlarına hakim ola bilməyib:

“ Evimin yaraşığını, gözümün nurunu, arxa-dayağımı, sirdaşımı, baş yoldaşımı itirdim. Ağır dərddir. 3 ayın içində “əridi” getdi. Gözünün içinə baxıb, “sağalacaqsan”, deyə, onu aldadırdım. Mənə inanırdı, amma əcəl əlimdən aldı. O, əlimdən tutub Bakıya gətirən, məni “şairə Cığatel” edən kişi idi. Cavan idi, yaşamaq istəyirdi. Son nəfəsində yalvardı ki, məni ölməyə qoyma. Onsuz bu həyat mənim üçün qaranlıqdır”.

Nə deyim, can yoldaşıma indi ağı deyəcəyimi ağlıma da gətirməzdim:

Qaradı qaşın ördək,
Yaşıldı başın ördək.
Həmişə cüt gəzərdin,
Hanı yoldaşın ördək?


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR