Ağgöl Milli Parkında ov etməyə cəhd edən - Qətər vətəndaşı saxlanılıb

13 mart 2018-ci il tarixində saat 14:30 radələrində Ağgöl Milli Parkının 4 nömrəli mühafizə postunun ərazisinə qanunsuz daxil olan 49-BF-118 dövlət qeydiyyat nömrə nişanlı “Niva” markalı minik avtomobili Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən saxlanılıb.

ETSN-dən Metbuat.az-a verilən məlumata görə, avtomobilə keçirilən baxış zamanı avtomobildə qızılquş tutmaq üçün tor, ev göyərçini, quşların yerini müəyyən etmək məqsədilə xüsusi cihazlar aşkar edilib.

Araşdırma zamanı qanunsuz olaraq ova cəhd edən şəxsin Qətər vətəndaşı Saif Mubarak Al-Hajri olduğu məlum olub.

Faktla bağlı qanun pozucusu barəsində akt və protokol tərtib olunub və ona inzibati qaydada 2000 manat məbləğində cərimə tətbiq edilib.

Ölkə ərazisində qanunsuz ov hallarının qarşısının alınması məqsədilə reydlər davam etdirilir.

Yeni ixtira: Uçan taksilərin dövrü başlayır - FOTOLAR - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR