Türk Ordusu terrorçuların olduğu evi belə havaya uçurtdu -VİDEO

Afrin yaxınlarındakı Kocakarin qəsəbəsindəki YPG-li terrorçuların bir evdə gizləndiyi müəyyən edilib.

Metbuat.az xəbər verir ki, "Zeytun budağı" əməliyyatı çərçivəsində Kocakarin qəsəbəsində əvvəlki axşam hazırlanan əməliyyatla bağlı görüntülər yayılıb. Görüntülərdə bir qrup terrorçunun saxlandığı evin Türkiyə Silahlı Qüvvələrinə aid döyüş təyyarələri tərəfindən vurulduğu anlar yer alıb.

Terrorçuların bombardıman edilməsinin ardınca Azad Suriya Ordusu qüvvələri qəsəbəyə girərək başqa terrorçuların izinə düşüblər. Qısa müddətə bütün terrorçular zərərsizləşdirilib və qəsəbə azad edilib.

Qeyd edək ki, "Zeytun budağı" əməliyyatı başladığı gündən etibarən 3444 terrorçu zərərsizləşdirilib.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR