REAL TV sabah fəaliyyətə başlayır - VİDEO

Real TV 15 mart tarixindən tam yayıma başlayacaq.

Metbuat.az-məlumatına görə, Milli Tеlеviziyа və Rаdiо Şurаsının martın 5-də keçirilən iclasının qərarına əsasən, “Real Təhlil İnformasiya Mərkəzi” MMC-yə ixtisaslaşmış (xəbər) kanal kimi peyk yayımı üçün müddətsiz lisenziya verilib. MMC-nin xəbər kanalı “Real” TV adlanır. MMC-nin baş direktoru tanınmış telejurnalist Mirşahin Ağayevdir.

Məlumata görə, komandada fəaliyyəti dayandırılmış ANS televiziyasının keçmiş əməkdaşlarından EldənizVəliyev, Afət Telmanqızı, Ləman Ələşrəfqızı, Mahir Məmmədli, Səbinə Ağayeva, Lalə Nurəddinqızı, Orxan Məmmədli, Ziya Babayev, Azər Qarayev, Vüsalə Xanməmmədqızı, Ayşəm Rüstəmova, Xatirə Məmmədova, Mehman Rəsulov, Natiq Nailoğlu və digərlərinintəmsil olunduğu bildirilir.

Qeyd edək ki, kanalda fəaliyyət göstərəcək tanınmış telejurnalist Eldəniz Vəliyev “Real TV”-nin fəaliyyətə başlamağı ilə bağlı video paylaşıb. Həmin videonu təqdim edirik və Metbuat.az kollektivi adından həmkarlarımızı təbrik edir, uğurlar arzulayırıq:


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR