Qobustanda avtomobil oğrusu tutuldu

Martın 12-də Qobustan şəhərinin ərazisindən rayon sakini Tural Zahidova məxsus “Niva” markalı avtomobil qaçırılıb.

DİN-dən Metbuat.az-a verilən məlumata görə, avtomobil həmin gün şəhərin ərazisində əzilmiş vəziyyətdə tapılıb.

Qobustan RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobili qaçırmaqda şübhəli bilinən Nabur kənd sakini, əvvəllər məhkum olunmuş Cavid Abduləliyev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

AFFA "Kəpəz"i cərimələdi - Səbəbi isə... - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR