Valideynin hücumundan görün necə xilas oldu - Müəllim.../ VİDEO

İstanbul Sultanqazi İmam Hatip Orta məktəbində müdir köməkçisi işləyən İbrahim Baş orada oxuyan şagirdin atası tərəfindən döyülüb.

Metbuat.az xəbər verir ki, İ.Baş məktəbin həyətində yaramazlıq etdiyi üçün şagirdlərdən birini danlayıb. Bunu görən şagirdin atası Fatih Ər müəllimə hücum edərək yumruq, təpik vurmağa başlayıb.

İbrahim Baş isə əlinə keçirdiyi süpürgə ilə xilas olmağı bacarıb. Şiddətə məruz qalan müəllim valideyndən polisə şikayət edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR