Bakıda III Beynəlxalq Elm Festivalı keçiriləcək

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) təşkilatçılığı ilə III Beynəlxalq Elm Festivalı keçiriləcək.

Metbuat.az-ın məlumatına görə, AMEA Rəyasət Heyəti 9-30 oktyabr tarixlərində növbəti Beynəlxalq Elm Festivalının keçirilməsini qərara alıb.

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli AMEA-nın Türk Dünyası Elmlər Akademiyaları Birliyinə rəhbərlik edəcəyini vurğulayıb.

İclasda bu ilin may-iyun aylarında Bakıda birliyin növbəti iclasının, eləcə də Azərbaycan Xalq Cümhuriyyəti və Türk Dünyası Muxtar Qurumlarının yüzilliklərinə həsr olunmuş beynəlxalq elmi konfransların keçirilməsi barədə də qərar qəbul edilib.

Yatarkən yatağınızın altına soğan qoyun - Faydası İNANILMAZDIR - Oxumaq üçün tıkla

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR