Play Store

Bakı-Şamaxı-Yevlax magistralı çökdü – VİDEO

Bakı-Şamaxı-Yevlax magistralında çökmə meydana gəlib.

Metbuat.az ARB TV-yə istinadən xəbər verir ki, bir neçə gündür yağıntılı hava şəraitinin davam etməsi nəticəsində Bakı-Şamaxı-Yevlax magistralının 106-cı kilometrliyində çökmə meydana gəlib.

Yolun Şamaxı ərazisində asvalt örtüyündə iri çatlar yaranıb. Avtomobillərin intensiv hərəkət etdiyi yolun bir hissəsi çökmə nəticəsində bağlanıb. 8 saylı yol istismar idarəsinin əməkdaşları əraziyə cəlb olunub.

Firidun Məmmədov - Sürücü: “Düzəldirlər də xeyri yoxdur. Yaxşı olardı ki, bu yolun istiqamətini dəyişərdilər”.

Rahil Bədəlov – Sürücü: “Çətinlik var. Yol sürüşməsidir. Çoxdandır çökür bura. İndi düzəldirlər”.

İdarədən həmçinin bildirildi ki, sürüşmə baş verən yola alternativ olaraq yeni yol çəkilir.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR