Play Store

Pakistanda Azərbaycan ənənələri nümayiş olundu

Azərbaycan Respublikasının Pakistan İslam Respublikasındakı səfirliyinin nəzdində fəaliyyət göstərən hərbi attaşe aparatı İslamabad şəhərində yerləşən Serena otelində Pakistan Silahlı Qüvvələrinin yüksək rütbəli zabitlərinin və Pakistanda akkreditə olunmuş hərbi attaşelərin xanımlarının və Pakistanın ictimai fəal xanımlarının, eləcə də bu ölkədə yaşayan Azərbaycan əsilli xanımların iştirakı ilə Novruz bayramı şənliyitəşkil edib.

Azərbaycanın Pakistandakı səfirliyindən Metbuat.az-a verilən məlumata görə, tədbirdə xanım iştirakçılara Azərbaycanın milli qadın geyimləri nümayiş olunub, Novruz bayramının adət-ənənələri barədə məlumat verilib və Azərbaycanın milli mətbəxinə aid yeməklər, o cümlədən səbzi plov, yarpaq dolması, qutab, ləvəngi, paxlava, şəkərbura, qoğal, üzərində Azərbaycan bayrağı təsvir olunmuş tort və digər milli təamlar təqdim olunaraq onların hazırlanması qaydaları da izah edilib. Xanım qonaqlar Novruz ənənələrinə uyğun boyanmış yumurta döyüşdürməsində iştirak edib və qaliblər Azərbaycan milli suvenirləri ilə mükafatlandırılıb. Oynanılan Azərbaycanın milli rəqslərinə,Azərbaycanın Yallısına təşrif buyurmuş qonaqların da qatılması xüsusi rəngarənglik qatıb.

Tədbirin keçirildiyi salon Novruz bayramının ənənlərinə müvafiq Novruz xonçası, səməni, Azərbaycan xalçası və digər milli əşyalar və suvenirlərlə bəzədilmiş, Azərbaycanın Novruz bayramı ənənlərini, turizm potensialını özündə əks etdirənvideo çarxlar nümayiş etdirilmiş və milli musiqi nümunələri səsləndirilib. Tədbirin sonunda hər bir xanım iştirakçıya Azərbaycanın milli suvenirləri təqdim olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR